Könül Xasıyeva `Maşın` şounun finalını kulisdə izlədi - fotolar
16.06.2017 991 0
Bir müddətdir səhhətində problem olan xalq artisti Könül Xasıyeva ötən gün “Maşın” realiti-şounun qonağı olub.
Qazeta.info Axsam.az-ın məlumatına əsasən bildirir ki, xəstəxanada müalicə alan muğam ifaçısı studiyaya əlil arabasında gətirilib.
Onurğa iflicindən əziyyət çəkən K.Xasıyeva canlı yayıma girməyib, kulisdə proqramı izləyib.
Şounun aparıcısı Murad Dadaşov bildirib ki, aparıcı Hacı Nuran Hüseynovun “Həyat” fondu K.Xasıyevanın müalicəsinə dəstək olur.
H.Nuran “Könül xanım özünə qapanmışdı. Onu depressiyadan çıxarmağa çalışırdıq. İstərdim ki, sənət dostları gedib ona baş çəksin. İnanırıq ki, bir neçə aydan sonra ayağa qalxacaq və biz onu səhnədə görəcəyik” deyə, əlavə edib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər