Amerika Birləşmiş Ştatlarında (ABŞ) Konqres binasına gələn gözlənilməz “qonaq” hamını qorxudub.
Məlumata görə, Bakı vaxtı ilə 23:30-da şəxsiyyəti açıqlanmayan bir nəfər kiçik helikopterlə Vaşinqtonda yerləşən konqres binasının qərb hissəsində həyətə enib. Bu barədə ABC News xəbər yayıb.
Xəbərdə bildirilir ki, “Gyro” tipli bir nəfərlik MH-65 helikopteri ilə uçuş həyata keçirən şəxs uçuşa qadağan qoyulmuş sahəyə daxil olmaqla, qayda pozğunluğuna yol verib.
Helikopter həyətə düşən kimi dərhal konqres polisi, FTB, gizli servis, yerli polis qrupları, yanğınsğöndürmə və təcili yardım komandaları işə keçib.
Hadisə baş verən an Konqresə giriş və çıxışlar dayandırılıb. Bina ətafında güclü təhlükəsizlik tədbirləri görülüb.
Qeyd edək ki, Ağ Ev binası kimi üzərində uçuşa qadağa qoyulan ABŞ Konqresi Binasına düşən şəxsin konqresin elektron məktublaşma siyasətinə etiraz etməsi səbəbilə belə bir addım atdığı bildirilir. /anspress/
ABC Breaking US News | US News Videos