Konqres Trampın İrana hücum etməsinə qadağa qoya bilər
26.06.2019 485 0.0 0

ABŞ konqresmenləri Ro Hanna və Mett Qets Amerika lideri Donald Trampa İrana qarşı hərbi əməliyyat aparmağı qadağan etmək təklifi ilə çıxışı edib.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, konqresmenlər ABŞ-ın hərbi büdcəsinə bu kimi əməliyyatları qadağan edəcək düzəliş etmək qərarına gəliblər.

Bildirilir ki, Qetsin sözlərinə görə, Yaxın Şərqdə sonsuz müharibələr ABŞ-ı zəiflədir.

Bununla yanaşı Hanna əlavə edib ki, Tramp xaricdə müharibələrə son qoyulacağına dair seçkiqabağı vədinə əməl etmir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar