Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresində prezident Barak Obamanı Ukraynaya silah göndərməyə çağıran qətnamə qəbul edilib.
Məlumata görə, ABŞ Konqresinin Nümayəndələr Palatası bazar ertəsi Ağ Ev rəhbərinə Kiyevə hərbi yardım göndərmək çağırışı edib.
Qətnaməni konqresmenlərdən 348-i dəstəkləyib, 48-i isə qarşı çıxıb.
"Nümayəndələr Palatası ABŞ prezidenti Barak Obamanı israrla və dərhal ona verilən səlahiyyətlərindən istifadə edərək Ukrayna xalqının öz suveren ərazisini qoruma imkanlarını artırması məqsədilə rəsmi Kiyevə müdafiə təyinatlı silah sistemləri göndərməyə çağırır", - deyə qətnamədə bildirilir.
Qeyd edək ki, Konqresin səsverməyə çıxarılan sözügedən qətnaməsi hələlik rəsmən təsdiqlənməyib. Həmçinin, bu qətnamələr tövsiyyə xarakteri daşıyır və icrası məcburi deyil./anspress/