Kolumbiya çempionatında "Amerika Kali" və "Alyansa Petrolera" komandaları arasında keçirilmiş matçda maraqlı hadisə baş verib.
Qazeta.info "Report"-a istinadla xəbər verir ki, qarşılaşmanın baş hakimi "Alyansa Petrolera"nın futbolçusuna sarı vərəqə göstərmək istəsə də, buna nail olmayıb.
Digər komandanın müdafiəçisi Marlon Torres isə bundan yararlanıb və rəqibinə sarı vərəqə göstərib. O, dərhal vərəqəni referiyə qaytarıb və oradan uzaqlaşıb. Ədalət təmsilçisi hadisəyə reaksiya verməyib və matç davam edib.
Qeyd edək ki, qarşılaşma "Amerika Kali"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Dirían Futbol al Revés. Un jugador sacándole tarjeta amarilla a otro y; además, un arbitraje amañado. Aveces son los equipos, otros el árbitro. @APetrolera contigo hasta el final. Hemos guerreado con grandes, y ustedes ahora también lo son. A dejar hasta los retazos en la cancha pic.twitter.com/rdkqqEAsMp
— MÓNICA TORO DE FERREIRA (@MONTORFERREIRA) December 10, 2021