Koalisiya: Suriya və İraqda minlərlə İŞİD üzvü qalıb
27.12.2017 738 0.0 0

"Suriya və İraq ərazisində İŞİD-in minlərlə üzvü qalıb".

 

Məlumata görə, bu barədə “Military.com” saytı ABŞ-ın rəhbərlik edilən koalisiyanın nümayəndəsi Rayan Dillona istinadən məlumat yayıb. O bildirib ki, koalisiyanın fəaliyyəti silahlılar tərəfindən hər hansı həmlə edildiyi halda, onların qarşısının alınmasına yönəlib.

 

ABŞ prezidentinin İŞİD-lə mübarizə sahəsində digər ölkələrlə əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Brett Makqurq isə bəyan edib ki, Suriyada hərbi əməliyyatlar daha bir neçə ay uzana bilər. O deyib ki, ekstremistlər tam təmizlənənə kimi ABŞ əsgərləri bu ölkədə qalacaq. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar