Koalisiya İŞİD liderinin öldürüldüyünü təsdiqləmir
12.07.2017 624 0.0 0

İŞİD terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiya qruplaşmanın lideri Əbu Bəkr Əl Bağdadinin öldürüldüyünü təsdiqləyə bilmir. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə əməliyyat komandanı general Stiven Taunsend bildirib.

 

“Əl Bağdadinin öldürülməsini mən nə təsdiq, nə də təkzib edə bilirəm”, - deyə general bildirib.

 

Ötən gün İŞİD terror təşkilatı Əbu Bəkr Əl Bağdadinin öldüyünü bəyan edib.

 

Qeyd edək ki, bir müddət əvvəl İran mətbuatı əl-Bağdadinin ölüm faktını təsdiqləyən şəkillər yayıb. Ötən ayın ortalarında isə Rusiya Müdafiə Nazirliyi Əl Bağdadi və daha 300 döyüşçünün Suriyada aviazərbələr nəticəsində öldürüldüyünü iddia edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar