İraqın Ramadi şəhərində İŞİD hədəflərinə təşkil olunan hava hücumunda 40 döyüşçünün məhv edildiyi bildirilir.
Qazeta.info türkiyə mətbuatına istinadən bildirir ki, Ənbar Təhlükəsizlik Müdiri Kazım Məhəmməd əl-Fehdavi, ABŞ liderliyindəki beynəlxalq koalisiya qüvvələrinin Ramadinin şərqindəki Es-Secariye və qərbindəki Hay ər-Rəşid, El-Ubeydi və El-Qaim bölgələrinə hava hücumu təşkil etdiyini bildirib.
Bombardmanda 40 İŞİD döyüşçüsünün həyatını itirdiyini və 6 texnikanın məhv edildiyini yazan Fehdavi, ayrıca İŞİD döyüşçülərinin dünən Hit mahalında 3 hökumət səlahiyyətlisini "asdığını" bildirib.
Xatırladaq ki, Fehdavi, sözü gedən səlahiyyətlilər haqqında əlavə heç bir məlumat verməyib.
Əlavə olaraq bildirək ki, İraqda, İŞİD liderliyindəki silahlı qrupların iyun ayında Mosul başda olmaq üzrə bəzi bölgələrin idarəsini ələ keçirməsinin ardından, İŞİD ilə təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar davam edir. ABŞ və koalisya qüvvələri də döyüş təyyarələriylə, İraq ordusu və peşmərgəyi dəstək verir.