Klintonun qızı sataşdı: `Atan Ağ Evdə sevişəndə...` - VİDEO
01.06.2017 784 0.0 0

"Bu, hərbi vəziyyətdir və durumun bütün sonuclarına, bütün nəticələrinə görə mən cavab verirəm. İşinizi görün, yerdə qalan hər şey mənlikdir. Zərurət yaranarsa, sizə görə həbsxanaya da düşməyə hazıram. Və əgər siz üç qadını zorlasanız, "bunu mən etmişəm" deyəcəyəm".

AsiaOne-a istinadən bildirilir ki, Filippin prezidenti Rodrigo Duterte ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı çıxışında hərbçilərə xitabən belə deyib.

Çıxış ABŞ-ın sabiq prezidenti Bill Klintonun qızı Çelsi Klintonu sinirləndirib. O, Tvitter-dəki profilində yazıb:

"Gülməli deyil. Heç gülməli deyil. Duterte insan haqlarını eyninə almayan bandit və qatildir. Qadının zorlanması da zarafat deyil".

Bu sözlər R.Dutertenin səbr kasasını daşdırıb.

"Bu qadınlar elə zorlama deyib, zorlama eşidirlər. Məsələn, bu Çelsi mənə hücum edib. Sənin atan, Birləşmiş Ştatların prezidenti Ağ Evdə Monika Levinski və başqa qızlarla sevişəndə necə idi halın?! Sən onu tənqid edirdin?!" - Duterte deyib.

O, daha sonra söyləyib: "ABŞ-ın hərbi bazaları Yaponiyanın Okinava adasında da var. Amerikalılar yapon qadınlarını zorlayıblar. Amma filippinli hərbçilər barədə kimsə belə sözlər eşitməyib. Həmin çıxışımda da əsgərlərə demişdim, onların istənilən hərəkətinə görə məsuliyyəti mən daşıyacağam. Mən onların axmaqlığına görə məsuliyyəti boynuma götürdüm. Rişxəndlə, sarkazmla demişdim o sözləri"./Milli.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar