Klinton Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa razılıq verib
29.07.2016 659 0
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olmağa razılıq verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın siyasi ənənələrinə uyğun olaraq, Klinton partiyanın Filadelfiyada keçirilən qurultayında çıxışı zamanı prezidentliyə namizəd olmağa rəsmi razılıq verib.
Qeyd edək ki, qurultay iyulun 26-da Klintonun prezidentliyə namizədliyini rəsmi olaraq təsdiqləyib. ABŞ vitse-prezidenti postuna isə Tim Keynin namizədliyi təsdiqlənib. Hillari Klinton ABŞ tarixində prezident postuna namizədliyi irəli sürülən ilk qadındır.
ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər