Kişinyovda on minlərlə insan hökümətin istefasını tələb edir
24.01.2016 599 0
Moldovanın paytaxtı Kişinyov şəhərində hakimiyyətə qarşı növbəti etiraz aksiyası keçirilir.
“Report”un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, müxalif Moldova Sosialist Partiyası və “Bizim Partiya”nın birgə təşkilatçılığı ilə baş tutan aksiyada on minlərlə insan iştirak edir.
Pavel Filipin rəhbərlik etdiyi höküməti istefaya çağıran nümayişçilər "Biz xalqıq !", "Biz birlikdə gücük!", "Mafiya yox edilməlidir", "Novbədənkənar seçkilər keçirilsin" kimi şüarlar səsləndirir. Aksiya dinc xarakter daşıyır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər