Testis (xayalar) yetkinlikdən etibarən qadının yumurtasını dölləyən spermaları, eyni zamanda testosteron hormonunu istehsal edir. Testosteron isə səs qalınlaşma və tüklənmə kimi kişi xüsusiyyətlərinin əsas səbəbidir. Bununla yanaşı, ereksiya və cinsi impuls (libido) qabiliyyətinə də nəzarət edir. Bu xərçəng növü təbii ki, kişilərdə rast gəlinir. Testis xərçənginin əlamətlərindən bəhs edirik.
Testis xərçənginin əsas əlaməti xayanın bir hissəsində ağrısız yumru şişin yaranmasıdır. Ancaq xayadakı şişlərin böyük əksəriyyəti xərçəng deyil. Xərçəng əlaməti olan şiş noxud qədər kiçik və ya daha böyük ola bilər. Ümumiyyətlə isə, ağrısı olmur. Lakin bəzi kişilər zərər görmüş xayada və ya qarınlarının alt qismində yüngül ağrı hiss edə bilər.
Bəzən testis xərçəngi hüceyrələri qarnın arxa qismindəki limfa vəzlərinə yayıla bilər. Bu vəziyyət kürək ağrısına səbəb olur. Xərçəng hüceyrələri sinənin ortasına, ağciyərin arasındakı limfa düyünlərinə də yayıla bilər. Bu vəziyyət öskürək, nəfəs alma, udqunma çətinliyi və sinədə şişliyə gətirib çıxarır. Testis xərçəngi yayıldıqda körpücük sümüyünün ətrafı və ya boyun kimi bədənin digər hissələrində də kök yumruları meydana gətirə bilər. Bu yumrular xərçəng hüceyrələrini ehtiva edən limfa düyünləridir. Testis xərçəngi həmçinin bədəndəki digər orqanlara da yayıla bilər.
Testis xərçənginin erkən diaqnozu
Xərçəngin diaqnozu erkən qoyularsa, çox asan müalicə edilir. Bu baxımdan
Kişilər diqqətli olmalıdırlar. Testisdə hər hansı kiçik dəyişiklik hiss etdikdə buna biganə yanaşmayın, dərhal həkimə müraciət edin.
Testisə hər gün nəzarət etməyə ehtiyac yoxdur. Müayinənin ən asan yolu duşdan sonra skrotum boşalmış halda ikən etməkdir. Ovuc içinizlə skrotumu əlinizə alın. Sonra hər iki əlinizin barmaqları və həmçinin baş barmağınızı istifadə edərək testisləri yoxlayın. Ölçü və ya ağırlığında hər hansı cüzi dəyişiklik artıq narahatlıqdan xəbər verir. Normalda xayanın arxa üst qismində yumşaq bir kanal hiss etməlisiniz. Xayanın özü yumru və ya şiş olmamalıdır, düz olmalıdır. Əgər xayada şişlik hiss etsəniz, ən qısa zamanda həkimə müraciət edin./lent.az/