Kişi sonsuzluğuna da faydalıdı möcüzəvi yemək
01.05.2016 1162 0.0 0

Əslən meksikalı olan məşhur Hollivud aktrisası Salma Hayek 48 yaşında olmasına baxmayaraq, gənc görünüşü və gözəlliyi ilə bir çoxlarını özünə heyran qoyur. Bəs görəsən aktrisa bu gözəlliyini nəyə borcludur?

Salma Hayek gözəlliyinin sirrini açıqlayıb. Kino ulduzu bunu sümük suyuna borclu olduğunu deyib: “Bu yeməyi çox sevirəm. Sümük suyu şorbası çox xeyirlidir. Əslində bəzilərinə bir az iyrənc gələ bilər. Amma faydaları danılmazdır. Maraqlananlar üçün bu şorbanın reseptini də verə bilərəm. Bir miqdar inək sümüyünü alın, bir neçə saat bişirin. Sonra içinə bir xörək qaşığı alma sirkəsi əlavə edin və gündə bir fincan için”.
 
Qazeta.info lent.az-ın sümük suyunun digər faydalarından bəhs edən yazısını təqdim edir.
 
İlk növbədə qeyd edək ki, sellülit aradan qaldırıcı xüsusiyyətindən tutmuş, cinsi istəyi artırma qabiliyyətinə qədər bir çox faydası olan sümük suyu tam bir sağlamlıq mənbəyidir.
 
1. Tərkibindəki təbii kollagen sayəsində bir çox insanı ciddi narahat edən bağırsaq sindromlarına yaxşı təsir edir. Bağırsaq divarındakı toxuma dəliklərinə qarşı təsirli bir rol oynayır.
 
2. Kollagen eyni zamanda qırış əleyhinə və qırışların qarşısını alan kosmetik kremlərin faktor maddələrindən biridir. Kremə pul xərcləməkdənsə təbii sümük suyunu yemək yaxşıdır. Hətta səhər bir stəkana qədər içmək dəri, saç və dırnaq problemlərinin qarşısını almağa kömək olur.
 
3. Qadınların sellülitlərlə bitmək bilməyən döyüşünə son qoymaq üçün ən böyük dostu sümük suyudur. Kollagen quruluşu sayəsində sümük suyu sellülitləri məhv edir.
 
4. Harvard Universitetində aparılan araşdırmalardan biri sübut edib ki, sümük suyu ilə hazırlanan hər növ şorba içərisindəki minerallar sayəsində immun narahatlıqları başda olmaqla, bir çox xəstəliyin aradan qaldırılması gücünə malikdir.
 
5. Sümük suyu amin turşuları baxımından da çox zəngin qida qaynağıdır. Prolin, glisin və arjin iltihabın qarşısını alma təsirlərinə malikdir. Qadınların tez-tez qarşılaşdığı uşaqlıq və pelvik iltihablarına faydalıdır.
 
6. Sepsisə yola açan infeksiyalara qarşı qorunmaqda, hətta aktiv müalicəsində də sümük suyu çox xeyirdir. Buna da səbəb arjin maddəsidir.
 
7. Qaraciyər hüceyrələrinin yenilənməsi, bədəndəki yaralı toxumaların yaxşılaşması, böyümə hormonlarının ifraz olunması, qan dövranının sürətlənməsi üçün çox faydalıdır.
 
8. Sümük suyu bol miqdarda arjin ehtiva etdiyi üçün kişilərdə sperma istehsalının artması və sonsuzluq müalicəsi üçün əhəmiyyətlidir.
 
9. Cinsi istəyi artıran təbii afrodizyakdır.
 
10. Sümük suyu ehtiva etdiyi jelatin sayəsində həzm sistemi üçün vacib faydalı bakteriyalar olan probiotik sağlamlığı üçün əhəmiyyətlidir.
 
11. Sümük suyu əzələ itkisinin qarşısını alır. Detoks və antioksidan funksiyası da var.
 
12. Fiziki fəaliyyətlər əsnasında əzələ istehsalını artırır.
 
13. Oynaq sağlamlığına xeyirlidir. Sümüklərin güclənməsi üçün lazımlı maqnezium, fosfor və kalsium kimi minerallar baxımından çox zəngindir.
 
14. Yuxu keyfiyyətini yüksəldir, yaddaşı gücləndirir.
 
15. Arıqlamaq istəyənlər üçün bir enerji qaynağıdır və tox tutma xüsusiyyəti sayəsində yemək istəyini aradan qaldırır.
 
16. Reflüksə mane olur. Həzmi rahatlaşdıraraq mədəni yatırır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar