ABŞ-ın bütün əyalətlərində homoseksual evliliyi qanuniləşdirən və böyük əks-səda doğuran qərardan sonra çıxışında “Sevgi sevgidir” deyən ABŞ prezident Barak Obamaya maraqlı təklif gəlib.
91 yaşlı Zimbabve prezidenti Robert Muqabe ABŞ Prezidenti Barak Obamaya evlilik təklif edəcəyini açıqlayıb. Bir radio proqramında qonaq olan prezident zarafatla belə açıqlama verib:
“Bir az əvvəl qərar verdim. Homoseksualların haqlarını müdafiə etdiyinə və cazibədar görünüşü olduğuna görə ABŞ-ın paytaxtı Vaşinqtona gedəcəyəm və qarşısında diz çöküb Obamaya evlənmə təklif edəcəyəm”.
Qeyd edək ki, Muqabe homoseksuallar haqda mənfi fikirləri ilə tanınır. O, eyni zamanda Amerikanın siyasəti ilə də razı deyil. Xatırladaq ki, iyunun 26-da ABŞ Ali Məhkəməsi bütün ölkə ərazisində eynicinslilərin nikah hüququnu təmin edib./anspress/