Kiprdə iki azərbaycanlı tələbə öldü
29.02.2016 639 0
Kiprdə azərbaycanlı gənclər ölüb. Məlumata görə, gənclərin ölümünə səbəb yol qəzası olub. Qəza paytaxt Lefkoşada qeydə alınıb.
Dr. Fazıl Küçük Bulvarı yolunda baş verən qəza nəticəsində 23 yaşlı Nicat Hacızadənin idarə etdiyi ZLP 335 nömrə nişanlı maşın yoldan çıxıb. Qəzaya səbəb isə onun sürətli və diqqətsiz olması olub. Nəticədə sürücü idarəetməni itirib və yoldan çıxan maşın yolun sol tərəfindəki səkilərə çırpılıb.
Maşında bu zaman 4 nəfər olub. Onların hamısı tələbələr olub. Maşının yoldan çıxması nəticəsində sürücü N.Hacızadə və Yunis Ərəbov aparıldıqları xəstəxanada dünyalarını dəyişiblər. Mehdi Laamyem adlı tələbənin vəziyyəti ağırdır, digər azərbaycanlı tələbə Anar Süleymanlının isə həyati təhlükəsi yoxdur. /anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər