Kin Çen In müharibəyə hazırlaşır
11.08.2015 750 0.0 0

Cənubi Koreya Silahlı qüvvələrinin Şimali Koreya ilə sərhəddə yerləşdirilən bölmələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. 

Məılumata görə bu barədə yerli xəbər agentliklərinə ölkənin milli müdafiə nazirliyinin nümayəndəsi deyib.

"Müvafiq əmr Şimali Koreya ərazisinə təbliğat yayımın bərpa edilməsi haqqında qərar qəbul olunduqdan sonra verilib", - deyə nazirlik nümayəndəsi vurğulayıb. Onun sözlərinə görə, hərbi-demarkasiya xətti keçən əraziyə əlavə olaraq artilleriya bölmələri göndərilib və onlar istənilən anda təxribatlara cavab olaraq zərbə endirməyə hazırdır. O Cənubi Koreya kəşfiyyatının Şimali Koreya ordusunun bütün hərəkətlərini diqqətlə izlədiyini qeyd edib.

O həmçinin sərhədyanı ərazilərin sakinlərinə müraciət edərək, onları son dərəcə ehtiyatlı olmağa çağırıb.

 


Şimali Koreya raketi paytaxt Pxenyanda keçirilən hərbi parad 


Şimali Koreya ordusunun tankları

 

Cənubi Koreya Respublikası Şimali Koreya ordusu tərəfindən təşkil olunan təxribat nəticəsində iki hərbçisinin ciddi xəsarət almasına cavab olaraq ŞKXR ərazisinə təbliğat yayımını bərpa edib. Koreya Respublikası şimal qonşusuna qarşı hazırladığı psixoloji müharibə proqramını iki ölkə arasında münasibətlərin istiləşməsi ilə əlaqədar 11 il əvvəl dayandırıb. 

4 avqust 2015-ci il tarixində Cənubi Koreya ordusunun iki hərbi qulluqçusu iki ölkə arasında sərhəd rolunu oynayan demilitarizasiya edilmiş zonada baş vermiş partlayış nəticəsində ciddi xəsarət alıb. Hadisə adi patrul çəkmə zamanı baş verib. Hər iki hərbçi ayaqlarını itirib.

Aparılmış araşdırma nəticəsində minaların Şimali Koreyada istehsal olunduğu və Cənubi Koreya hərbi qulluqçularının patrul çəkmə marşrutunda bu yaxınlarda quraşdırıldığı müəyyən edilib./anspress/

 


Cənubi Koreya hərbi qulluqçuları sərhəd zonasında patrul çəkmə zamanı


Şimali Koreya sərhədçiləri


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar