Zəncəfili immunitet gücləndirici, virus və qripə qarşı vasitə hesab edirlər. İndi koronavirus pandemiyası zəncəfili qızıl qədər dəyərli edib. Hər kəs bol zəncəfil qəbul etməyə çalışır ki, bəlkə virusdan qoruyar. Halbuki zəncəfilin koronavirusa qarşı təsiri sübut olunmayıb və o xəstəliyi müalicə etmir.
Zəncəfilin hansı qrup insanlar üçün zərərli, hətta faciəvi nəticələr verəcəyini təqdim edirik.
QRUP 1 – Hamilələr
Hamiləliyin ilk trimestrində, yəni ilk 3 ayda zəncəfil qəbulu sancılara və düşüklərə, daha sonra vaxtından əvvəl doğuma səbəb ola bilər. Hamiləlik təsdiqlənən kimi zəncəfildən uzaq dursanız, yaxşıdır. Həmçinin o qanı çox duruldur ki, bu da döl üçün zərərlidir.
Qrup 2 – Qan xəstəlikləri olanlar
Hemofiliya, talassemiya, trombositlər problemi olanlar üçün, yəni qanı qatılaşmayanlar üçün zəncəfil faciəvi nəticələr verə bilər. Çünki zəncəfil qan dövranını çox sürətləndirir.
QRUP 3 - Çəkisi az olanlar, anoreksiya xəstələri
Zəncəfil aclıq hissini öldürür, metobolizmi sürətləndirir. Çəkini yığmağa mane ola bilər. Bu isə həmin adamların immunitetinin daha da zəifləməsinə səbəb olar.
QRUP 4 - Təzyiq və şəkər xəstələri
Metobolizmi sürətləndirən zəncəfil dərmanların təsirini azaldır. Yəni təzyiq salan və ya qaldıran dərmanların effektini itirir. İnsulin, beta blokatorlar qəbul edənlər zəncəfil qəbul etməməlidir
QRUP 5 – Onkoloji xəstələr
Bir neçə elmi tədqiqatda zəncəfilin şiş hüceyrələrinin bölünməsini sürətləndirdiyi aşkarlanıb. Artıq xərçəng xəstəsi olan insanın immunitetini tonlarla zəncəfil belə qaldıra bilməz.
QRUP 6 - Mədə-bağırsaq xorası olanlar
Qastrit, xora, 12 barmaq bağırsaq, mədə altı vəz nekrozları, yüksək mədə turşuluğu, reflüks kimi həzm xəstəliklərindən əziyyət çəkənlərin həzm orqanlarının selikli qişasını zəncəfil daha da zədələyir, vəziyyəti ağırlaşdırır./medicina.az/