Kimlər tibbi sığorta haqqı ödəyəcək?
20.09.2016 500 0.0 0

“Aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr, rəsmi işsizlik statusu olan vətəndaşlar tibbi sığorta haqqı verməyəcək. Təqribən 4 milyon vətəndaşın tibbi sığorta haqqı dövlət hesabına ödənəcək. Bu kateqoriyalardan olan vətəndaşlar icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edəcəklər”.
 
Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib. O qeyd edib ki, icbari tibbi sığorta haqqının məbləği müəyyənləşdirilərək Nazirlər Kabinetinə və digər əlaqədar dövlət qurumlarına təqdim olunub: “Agentlik tibbi xidmətlərin vahid qiymət cədvəlini hazırlayıb. Cədvəli Tarif Şurası və ya digər müvafiq dövlət qurumu təsdiqlədikdən sonra həmin qiymət cədvəlinə əsasən, xəstəxanalara ödənişlər edəcəyik. Agentlik sığorta haqqını az məbləğdə müəyyənləşdirib ki, bəzi bahalı diaqnostik müayinələrə ehtiyac yarandıqda vətəndaş kiçik məbləği öz cibindən ödəsin. Sığorta sistemində franşiza (azadolma məbləği-red) sui-istifadə hallarının qarşısını almaq məqsədilə tətbiq ediləcək. Tutalım, vətəndaş qiyməti 60-80 manat olan kompüter tomoqrafiyası müayinəsinin 10 manatını cibindən ödəyəcək. Vətəndaş artıq biləcək ki, bunu öz cibindən ödəməlidir və lazım olmadıqda bu müayinədən istifadə etməyə cəhd etməyəcək. Bu da sığorta xərclərini tənzimləyir”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar