Amerikada yaşayan erməni mənşəli pornoulduz Kim Kardaşyan Ermənistana gerçəkləşdirdiyi səfəri zamanı Dağlıq Qarabağa getməyəcək.
Məlumata görə, bu barədə Kardaşyanın yaxın adamlarından biri məlumat verib.
Hazırda İrəvanda səfərdə olan Kim Kardaşyan erməni paytaxtında böyük diqqət çəkir. Ermənilər uydurma soyqırımın 100 illiyi ərəfəsində onun Ermənistanana səfəri böyük qəhrəmanlıq sayırlar. İlk başdan onun Dağlıq Qarabağa da səfəri planlaşdırılırdı. Amma, görünür, erməni pornoulduz işğal edilmiş əraziyə getməyə risk etməyib. Bununla da, ermənilərin pornoulduzdan istifadə edərək Dağlıq Qarabağın ermənilərə məxsus olması barədə uydurduqları yalan hekayəni təbliğ etmək imkanı yoxa çıxıb.
Porno ulduzun Ermənistana səfəri yerli mətbuatda hətta Qarabağ məsələsindən də çox müzakirə edilir. Kim, Xloye və Kortni bacıları Ermənistanda “Keeping up with Kardashians” realiti-şousunun çəkilişində iştirak edirlər. /anspress/