Kim Çen Inın vəziyyəti ağırdır
29.09.2015 1168 0.0 0

Şimali Koreyanın qalmaqallarla yadda qalan prezidenti Kim Çen In barəsində növbəti iddia yayılıb. Məlumata görə, həddindən çox kökələn Inın səhhətində ciddi problemlərin yarandığı bildirilir. Əldə olunan ən son məlumata görə, 32 yaşlı Şimali Koreya liderinin çəkisi 130 kiloqramı keçib. 

Cənubi Koreya və Yaponiya qəzetlərinin iddiasına görə, Kim 2013-cü ildə öz əmisinin oğlu Çanq Sını edam etdirdikdən sonra əsəb gərginliyi keçirib və bu vəziyyət onun kökəlməsindəki əsas amillərdən biridir. 

“The Japan Times” qəzeti gənc prezidentin yeyib içməsinə diqqət etmədiyini, həkimlərini dinləmədiyini və öz həyatını təhlükəyə atdığını yazır. 2014-cü ildə mədə kiçiltmə əməliyyatı (Sleeve gastrektomiya) keçirən liderin bədəni bu tibbi müdaxiləyə mənfi reaksiya göstərib və bu, yeni xəstəliklərin də başlanğıcı olub. 

 


Həddindən çox kök olması Kim Çen Inın səhhətində problem yaradıb

Həddindən çox siqaret çəkən və alkoqol qəbul edən Kim Çen Inın bir çox dəfə tibbi əməliyyat keçirdiyi, belə davam edəcəyi təqdirdə həyati təhlükə ilə üzləşəcəyi bildirilir. 

İngiltərədə nəşr olunan “The Mirror” qəzeti hələ ötən il Kim Çen Inın həddindən çox ət, alkoqol və siqaret qəbul etdityini, bu səbəbdən də qaraciyərində və mədəsində ciddi problemlər olduğunu yazmışdı. 

Kim Çen Inın atası Kim Çen İrin 13 il aşpazı olmuş və 2011-ci ildə ölkədən ayrılaraq Yaponiyada yaşamağa başlayan Kenji Fujimoto yapon qəzetlərindən birinə maraqlı açıqlamalar verib. Fujimoto Inın yemək aludəçisi olduğunu, miqdarına və səhhətinə baxmadan hər şeyi yediyini bildirib. 

 


Gənc prezident pendir aludəçisidir

 

Kim Çen Inın kökəlməsinə növbəti səbəb kimi isə həddindən çox yediyi İsveçrənin məşhur “Emmental” pendiri göstərilir. Hələ uşaqlıq illərində İsveçrədə gördüyü bu pendirdən əl çəkməyən liderdə bu ərzaqın istehlakı illər sonra xəstəlik səıviyyəsinə çatıb. Onun kökəlməsinin səbəblərindən birinin də bu pendir olduğu iddia olunur. 

Koreya Beynəlxalq İqtisadiyyatvə Politologiya institutunun mütəxəssisi Ço Munq-çul bildirir ki, cənubi koreyalılar üçün arıq olmaq, şimali koreyalılar üçün isə əksinə kök olmaq çox önəmlidir. Mütəxəssisi Kim Çen Inın məqsədyönlü şəkildə, babası Kim İr Senə oxşamaq üçün kökəlmək istəmiş ola biləcəyini deyib. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar