Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreya ilə müharibəyə hazırlaşır.
Məlumata görə, Kim Çen In ölkəsinin hərbi-hava qüvvələrinin təlimlərinə baş çəkib. O, hərbi təlimləri ABŞ və Cənubi Koreyaya qarşı müharibə hazırlığı kimi dəyərləndirib.
Kim Çen In hərbi pilot rolunda
Vonsan şəhərinin yaxınlığındakı aviabazaya uçmuş Şimali Koreya lideri bildirib ki, “ABŞ imperialistləri və amerikapərəst psixopatiyaya tutulmuş Cənubi Koreya marionetkaları ilə haqq-hesabı tam çürütmək üçün bu təlimlər radikal islahatlar həyata gerçəkləşdirəcək”. Təbii ki, atom silahına malik Şimali Koreya ABŞ-la haqq-hesabı yalnız nüvə müharibəsi ilə çürüdə bilər.
Hərbi-hava qüvvələrinin təlimləri 1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsində atəşkəs imzalanmasının 62-ci ildönümünə həsr edilib./anspress/