Kim Çen In kəşfiyyat rəisini istefaya göndərib
03.02.2017 1110 0
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkənin kəşfiyyat idarəsinin rəisi Kim Von Xonu istefaya göndərib.
Məlumata görə, bu barədə "Renxap" agentliyi mənbəyə istinadən xəbər verib.
Məlumata görə, buna səbəb kəşfiyyat rəisinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair şübhələrdir. Qeyd olunur ki, Kim Von Xonun hərbi rütbəsi də aşağı salınıb. O, həmçinin korrupsiyada da ifşa edilib.
Mənbə bildirib ki, keçmiş rəisin öz rütbəsini bərpa etməsi şansı azdır.
KXDR-in kəşfiyyat idarəsi məsələyə münasibət bildirməkdən imtina edib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər