Kim Çen In Cənubi Koreya ilə danışıqlara başlayır
03.01.2018 754 0.0 0

Şimali Koreya lideri Kim Çen In demilitərizə edilmiş zona olan Pxanmunjomda xüsusi rabitə vasitəsilə Cənubi Koreya ilə danışıqlara başlamaq barədə əmr verib.

 

“Reuters”-ə istinadən verilən xəbərə görə, xüsusi rabitə vasitəsinin bu gün açılması nəzərdə tutulub.

 

Qeyd edək ki, daha əvvəl Şimali Koreya 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında iştirak edəcəyini açıqlayıb. Rəsmi Seul Pxenyanın bu təşəbbüsünü müsbət qiymətləndirib və Pxanmunjom sərhəd zonasında yüksək səviyyəli danışıqlar aparmağı təklif edib. /apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar