Kim Çen In `KXDR`in hədəfini açıqlayıb
16.09.2017 675 0.0 0

KXDR lideri Kim Çen In Yaponiyanın Hokkaydo adası yaxınlığında, Sakit okeana düşmüş, sınağı gözlənilmədən keçirilən "Xvason-12" raketinin buraxılmasına şəxsən komandanlıq edib.

"TASS"a istinadən xəbər verilir ki, KXDR lideri Pxenyanın son hədəfinin ABŞ-la hərbi balans yaratmaqdan ibarət olduğunu bildirib. 

Qeyd edilir, raket nəzərdə tutulmuş orbit üzrə uçub və Sakit okeanda göstərilən hədəfə dəqiq düşüb. Şimali Koreya lideri vurğulayıb ki, nəticədə orta və uzaq məsafəli strateji ballistik raketinin döyüş bacarığı yoxlanılıb.

"Bizim son hədəfimiz ABŞ-la güc balansının nailiyyətindən ibarətdir", - deyə "ÇTAK" agentliyi Koreyanın Əmək partiyasının Mərkəzi Komitəsinin hərbi sənaye bölməsinin KXDR liderini müşayiət etmiş işçisinə istinadən KXDR liderindən sitat gətirib.

Onun sözlərinə görə, mühəndislər və alimlər raket sahəsinin sonrakı müasirləşdirilməsi üzərində işləməlidir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar