Kılıçdaroğlunu əvəz eləmək üçün 2 variant
12.07.2015 590 0.0 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın seçkidə ən çox səs toplayan partiya olan AKP-nin sədri Əhməd Davudoğluna hökuməti qurmaq vəzifəsini verməsindən sonra baş nazir bu istiqamətdə fəaliyyətə başlayıb. Məlumata görə, Davudoğlu koalisiya hökuməti qurmaq üçün sabah liderlərlə görüşə başlayacaq. Əhməd Davudoğlu ilk mövbədə seçkidə ikinci partiya olmuş CHP-nin sədri Kamal Kılıçdaroğlu ilə görüşəcək. 


 

CHP artıq bu istiqamətdə müzakirələrə başlayıb. Koalisiya hökuməti üçün CHP-nin şərtlərindən biri də növbəli baş nazirlik sistemi olacaq. Bu sistemə görə, Əhməd Davudoğlu və Kamal Kılıçdaroğlu növbə ilə Türkiyənin baş naziri olmalıdırlar. Bu mümkün olmasa və AKP ilə CHP koalisiya hökuməti qurarsa K. Kılıçdaroğlu baş nazirin müavini kimi nazirlər kabinetinə girməyəcək və baş nazirin müavini vəzifəsində onu başqası əvəz edəcək.

 

 

 

CHP sədri Kamal Kılıçdaroğlu və partiyanın baş katibi Gürsel Tekin

CHP kulvarlarında bu vəzifə üçün 2 partiya üzvünün adı çəkilir. Onlar İstanbul millət vəkilləri Akif Hamzaçebi ilə Erdoğan Toprakdır. 

Ötən gün isə CHP administrasiyası sabahkı görüşdə partiyalarının koalisiya hökuməti qurmaq üçün irəli sürülən 14 şərtə Əhməd Davudoğlunun verəcəyi reaksiyanı dinləyəcəklərini açıqlayıblar. 

Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib. 550 yerli Türkiyə Böyük Millət Məclisinə AKP 258, CHP 132, MHP və HDP hər biri 80 millət vəkili ilə daxil olub. Təkbaşına hökumət qurmaq üçün bir partiyanın 276 millət vəkilinə ehtiyacı olduğundan hazırda ölkədə koalisiya hökuməti qurulması barədə qızğın müzakirələr gedir. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar