KİV: Zelenski və Bayden administrasiyası arasında fikir ayrılıqları yaranır
29.01.2022 337 0.0 0

CNN Rusiya səbəbindən Zelenskiy və Bayden arasında fikir ayrılıqlarının intensivləşməsi barədə məlumat yayıb.
Qazeta.info Rusiya mətbuatına istinadla bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ lideri Co Bayden administrasiyası arasında münasibət soyuyur.

Buna səbəb kimi Rusiyanın Ukraynaya hücum təhlükəsi ilə bağlı yaranmış fikir ayrılıqları göstərilir. Bu barədə CNN mənbələrə istinadən xəbər verilir.
Bildirilir ki, Vaşinqton Rusiyaya qarşı önləyici sanksiyalar tətbiq etməkdən imtina edir, bu isə Ukrayna tərəfini qane etmir.

Eyni zamanda, mənbə göstərir ki, rəsmi Kiyev ABŞ-ın diplomatları Ukraynadan çıxarmaq qərarına narahatlığını bildirib. Ötən günlərdə Zelenski bir neçə ölkənin səfirlik işçilərinin Ukraynadan getməsini yalnış addım kimi qiymətləndirmişdi.

Zelenski bildirib ki, gərginliyin artması fonunda Kiyevə ölkədə müttəfiqlərin olması lazımdır ki, bu da dəstək haqqında deyilən min sözdən daha mənalı və daha inandırıcıdır.

Mənbə vurğulayır ki, Zelenski hakimiyyəti Vaşinqtonun Rusiya tərəfindən Ukraynanı işğalının qaçılmaz elan etməsi fikrindən də narazıdır.

Mənbə eyni zamanda xatırladır ki, Zelenski xarici media nümayəndələrilə görüşdə müharibənin olacağı kimi fikirlərdən daşınmalarına, ukraynalılara müraciətində isə panikaya düşməməyə və cəfəng fikirlərə uymamağa çağırış edib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar