ABŞ prezidenti Donald Tramp özünün təhlükəsizlik xidmətinin rəisinə Ağ Evdə demək olar, hamıya nifrət etdiyini bildirib.
Məlumata görə, bu barədə “Vanity Fair” mənbəyə istinadən xəbər verib.
“Mən Ağ Evdə nifrət edirəm. Bir sıra istisnalar var, amma onları görməyə gözüm yoxdur”, - deyə ABŞ prezidenti qəzəb içində bildirib.
Ağ Ev belə bir bəyanatı rəsmən təsdiqləməyib.
Nəşr həmçinin ABŞ administrasiyasında gərgin vəziyyət barədə də məlumat verib. “Vanity Fair”in məlumatına görə, Ağ Ev Aparatının rəhbəri Con Kelli və Pentaqon rəhbəri Ceyms Mettis Trampın nüvə zərbəsi ilə bağlı qərar qəbul edəcəyi təqdirdə nə etmək lazım olduğunu müzakirə ediblər.
Bundan başqa, KİV əlavə edib ki, Kelli prezidentin tvittinə və hərəkətlərinə nəzarət etməyə bütünlükdə zəifdir. /Report/