KİV: Ərdoğanı Rusiya xilas etdi
21.07.2016 1684 0.0 0


Türkiyənin milli kəşfiyyatı hazırlanan hərbi çevriliş barədə Rusiyanın Müdafiə Nazirliyindən xəbərdarlıq alıb.

Rusiya Türkiyədəki hərbi çevriliş cəhdinə bir neçə saat qalmış prezident Rəcəb Tayyib Ərdoğana xəbərdarlıq edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə İranın Fars nəşri yazıb.

Agentliyin xəbərinə əsasən, məlumatı bir neçə ərəb kütləvi informasiya vasitələrinə Ankaradakı diplomatik mənbələr veriblər.

Bildirilir ki, Türkiyənin milli kəşfiyyatı hazırlanan hərbi çevriliş barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyindən alıb.

Diplomatların sözlərinə görə, regionda yerləşən Rusiya ordusu çevrilişə cəhd göstərən hərbçilərin danışıqlarını tuta bilib və radio məlumatların kodlarını deşifrə edib. 

Həmin məlumatlarda Türkiyə ordusunun Ankarada ölkə hakimiyyətinə qarşı çevrilişə başlamağa hazır olduğu deyilirmiş.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar