KİV: İranda iğtişaşlar zamanı avropalı saxlanılıb
03.01.2018 799 0.0 0

İranın güc strukturları Lurestan vilayətinin Borucerd şəhərində iğtişaşlarda iştirakına görə Avropa ölkəsinin vətəndaşını saxlayıblar.

"Tasnim" agentliyinə istinadən verilən məlumata əsasən, bu barədə şəhər məhkəməsinin nümayəndəsi Həmid Rza Balhasani deyib.

"Borucerddə son hadisələr zamanı avropalı saxlanılıb", deyə o bildirib və qeyd edib ki, əcnəbi, istintaqın versiyasına görə, iğtişaş törədənlərdən biridir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar