KİV haqqında qanuna əlavə və dəyişiklik edilir
13.04.2016 507 0.0 0

"Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə və dəyişiklik edilir.  ANS TV-nin məlumatına görə, Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında qeyd olunub ki, sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına yol verilməyəcək.

Həmçinin yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir.

Qanuna belə bir əlavə və dəyişikliklərdə məqsəd bəzən mətbuat vasitələrində hər hansı məlumatın vaxtından əvvəl, şişirdilmiş formada verilərək mövzunun daha arzuolunmaz nəticəyə çatmasının qarşısını almaqdır.

“Mətbuatda məlumat, informasiya yayan jurnalistə zahirən belə görünə bilər ki, biz onların hansısa imkanlarını məhdudlaşdırırıq. Amma əksinə bu aparılan tətqiqat işlərinin məxviliyinin, onların nəticələrinin obyektiv, ədalətli şəkildə ortaya çıxmasını zəruriləşdirir”, - deyə komitə sədri Rafael Hüseynov bildirib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar