KİV HAQQINDA QANUN SƏRTLƏŞDİ
16.12.2014 789 0
Azərbaycanda kütləvi informasiya vasitələrinin (KİV) istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılması hallarında müvafiq dəyişikliklər edilib.
Qazeta.info bildirir ki, “Kütləvi informasiya vasitələri haqqında” qanuna edilən yeni dəyişikliklərə əsasən, KİV artıq məhkəmənin qərarı ilə qərəzli yazılara görə il ərzində 2 dəfə məsuliyyətə cəlb edildikdə onun istehsalına və yayımına xitam verilməsi barədə məhkəmə qarşısında iddia qaldırılacaq. Hazırkı qanunda isə iddianın qaldırılması üçün tələb olunan məsuliyyətə cəlb edilmə hallarının sayı 3-ə bərabərdir.
Sözügedən dəyişikliyin edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilərək qəbul olunub.//Trend
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər