ABŞ İranın Yəməndə hərbi münaqişəyə müdaxilə etməsinə icazə verməyəcək.
"Reuters"ə istinadən verilən məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Con Kerri deyib.
Onun sözlərinə görə prezident Mansur Hadini ölkədən qovan husi silahlılarına İrandan gələn dəstək ABŞ-a yaxşı məlumdur.
“Biz münaqişə axtarmırıq. Lakin müttəfiqlərimizi də tək buraxmayacağıq. Biz İranın mümkün fəaliyyətindən özünə təhlükə hiss edənlərə dəstəyimizi davam edəcəyik”- detə Kerri telemüsahibəsində bildirib.
Dövlət katibi bildirib ki, ABŞ İran tərəfdən özünə təhlükə hiss edən Yaxın Şərq ölkələrinə dəstək verəcək.
Qeyd edək ki, bunadan əvvəl yayılan xəbərə görə, İran Səudiyyə Ərəbistan və müttəfiq dövlətlərin husilərə qarşı hərbi əməliyyatların keçirildiyi Yəməndə hərbi varlığını qorumaq üçün hərbi gəmilərini bölgəyə göndərib. İran Hərbi Dəniz Qüvvələrinin komandiri, kontr-admiral Həbibullah Səyyari bildirib ki, Alborz dağıdıcı gəmisi və Buşehr köməkçi gəmisi Ədən körfəzinə göndərilib. Həbibullah Səyyarinin gəmilərin hansı məqsədlə göndərildiyini də açıqlayıb:
"Hərbi gəmilər İran gəmiçiliyininin təhlükəsizliyini təmin etmək və açıq dənizdə İranın maraqlarının qorunması missiyası üçün göndərilib".
Səudiyyə Ərəbistanı başda olmaqla antihusi koalisiyasının Yəməndə hava əməliyyatları davam edir./anspress/