Kerri və Lavrov arasında telefon danışığı olub
11.01.2016 443 0
ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, tərəflər bir sıra beynəlxalq məsələləri müzakirə edib, yaxın müddət ərzində görüşməyi planlaşdırıblar.
ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin sözlərinə görə, Kerri ilə Lavrov Suriyada hazırkı durumu, İŞİD-lə mübarizə məsələlərini, Ukraynadakı vəziyyət və Şimali Koreyanın nüvə sınaqlarını müzakirə ediblər. “Tərəflər bir-biri ilə daha sıx əlaqə saxlayacaqlarını bildirərək yaxın müddət ərzində görüşəcəkləri ilə bağlı razılığa gəliblər”, deyə C.Kirbi bildirib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər