Kerri özünə erməni müşavir seçdi-FOTO
13.09.2015 861 0.0 0

Vaughan Turekiyan adlı erməni ABŞ-ın dövlət katibi Con Kerrinin müşaviri təyin edilib.

Erməni saytlarına istinadən verilən məlumata görə, Turekiyan dövlət katibinin elm və texnoligiya məsələləri üzrə tapşırıqlarını yerinə yetirəcək.

Vaughan Turekiyan Kerrinin beşinci müşaviri kimi ölkənin xarici siyasətininin maraq dairəsinə daxil olan səhiyyə problemləri ona öz məsləhətlərini verəcək.

 


Vaughan Turekiyan-Con Kerrinin yeni müşaviri (Kerinin arxasında)

 

Yeni müşavir əvvələr ABŞ-da elm sahəsində fəaliyyət göstərən təşkilatda işləyib. Onun atası Yave univeristetində elmi işçi kimi fəaliyyət göstərən Karl Turekiyan 1915-ci il hadisələrindən sonra ailəsi ilə birlikdə ABŞ-da yaşamağa başlayıb.

Bu, Con Kerrinin ermənilərlə ilk iş birilyi deyil. Bir müddət əvvəl Kerri də daxil olmaqla bir qrup keçmiş senatorun hələ 1990-cı ildə, yanvarın 18-də SSRİ prezidenti Mixail Qorbaçova ünvanladığı məktubun mətni üzə çıxıb. Onlar Qorbaçovdan Azərbaycanda qayda yaratmağı, ermənilərə görə azərbaycanlıların cəzalandırılmasını tələb edirlər.

Senatorlar ittifaq rəhbərliyindən şəxsən Qorbaçovdan tələb edir ki, Qarabağı Azərbaycandan çıxarsınlar və onlara öz talelərini ittifaq tərkibində öz istədikləri kimi müəyyənləşdirməyə icazə versinlər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar