"Vaşinqton bundan sonra İranın keçmiş nüvə fəaliyyəti ilə bağlı açıqlama verməsini təkid etməyəcək. Həmin tələb Tehranla nüvə sazişinin bir hissəsi idi".
Məlumata görə, bunu ABŞ-ın dövlət katibi Con Kerri deyib.
O Bostonda telekonfransa bildirib ki, ABŞ İranın keçmiş nüvə fəaliyyətinə dair BMT-nin Nüvə Agentliyinin suallarına cavab verməsini tələb etmir. Bu tələb İranın 5 dövlətlə nüvə danışıqlarında irəli sürülmür, çünki Birləşmiş Ştatlar Tehranın nə etdiyini dəqiq bilir: "Onların nə etdiyini bilirik. Şübhəmiz yoxdur. Onların apardığı hərbi fəaliyyət barədə də tam məlumatımız var”.
Xatırladaq ki, İranla mümkün nüvə sazişinin tənqidçiləri ölkənin keçmiş hərbi fəaliyyətinə diqqət ayırır və təkid edirlər ki, İran şəffaflıq naminə fəaliyyətini açıqlamalıdır./anspress/