Kerri: «Hazırda Suriyanın taleyi tükdən asılıdır»
22.09.2016 480 0.0 0

ABŞ Suriyadakı münaqişə tərəfləri, eləcə də bütün dünya ictimaiyyətini sentyabrın 10-da Cenevrədə əldə olunan razılaşmaları dəstəkləməyə çağırıb.
 
TASS agentliyinə istinadən verilən xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri Nyu-Yorkda Suriya üzrə görüşdə çıxış edərkən bəyan edib.
 
“Bu gün Suriyanın taleyi “tükdən asılıdır. Mən BMT Təhlükəsizlik Şurasını təslim olmamağa, ABŞ-la Rusiya arasında Cenevredə əldə olunan razılaşmalarını dəstəkləməyə çağırıram. Eyni zamanda Suriyadakı münaqişə tərəflərini əməkdaşlığa, əldə olunan razılaşmalara əməl etməyə çağırıram. Razılaşmalara mane olan tərəf isə hər hansı yardım və dəstəkdən məhrum edilməlidir”, deyə C.Kerri bildirib.
 
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət BMT-nin Cenevrədə danışıqların bərpasına yönələn səylərinə dəstək verməlidir: “Sülhü təmin edəcək yeganə yol siyasi keçid prosesi üzrə dialoqun bərpasıdır”./
apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar