ABŞ Ukraynadakı vəziyyətə görə, Avropanın Rusiyaya qarşı sanksiyalar ətrafında birləşməsinə təkan verib. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə ABŞ dövlət katibi Con Kerri vida nitqində bildirib.
Kerri qeyd edib ki, bu, səlahiyyətləri sona çatan administrasiyanın əsas nailiyyətlərindən biri olub.
“ABŞ Avropanı sanksiyalar ətrafında birləşməyə sövq edib”, - deyə dövlət katibi vurğulayıb.
“Minsk razılaşmaları icra olunmayıb, buna baxmayaraq, Qərb Rusiyaya II Dünya müharibəsindən müəyyən edilən normaları pozduğuna görə ödəyəcəyi qiyməti göstərib. Böyük dövlətlər kiçik ölkələrin torpağını zorla ala bilməz. Bu, beynəlxalq normalara riayət edən müasir dünyada mümkünsüzdür. Ukrayna və Avropa buna qarşı bir mövqedən çıxış edirlər”, - deyə Kerri qeyd edib. /APA/