Keçmiş MTN-çilərin daha bir soyğunçuluğunun üstü açıldı
16.03.2016 551 0.0 0

Bir müddət əvvəl ləvğ edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının daha bir iş adamına qarşı törətdikləri cinayət faktı ortaya çıxıb.

Bu barədə vəkil Adəm Məmmədov danışıb. Onun sözlərinə görə, 2007-ci ildə MTN əməkdaşları tərəfindən iş adamı Seyhun Mustafayevin milyonlarla dəyəri olan obyektləri hədə-qorxu yolu ilə ələ keçirilib: “S. Mustafayev qeyd etdiyim tarixdə Moskva-Bakı reysi ilə Bakıya qayıdarkən hava limanında MTN-in əməkdaşları tərəfindən saxlanılıb. Ona biznesinin keçmiş iqtisadi inkişaf naziri ilə əlaqəli olduğunu deyiblər. Biznesmen isə həmin şəxsləri tanımadığı bildirib. Ancaq bütün bunlara baxmayaraq hədə-qorxu yolu ilə onun bütün əmlakını əlindən alıblar. Daha sonra isə onu həyat yoldaşı ilə birgə onların başına silah dirəyərək silahlı adamların müşayiəti ilə notariusa aparıblar. Orada Seyhun Mustafayevin milyonlarla dollar dəyərində olan əmlakını alqı-satqı, yaxud da etibarnamə yolu ilə adlarına keçiriblər və daha sonra onu sərbəst buraxıblar”.

Vəkil qeyd edib ki, məsələ ilə bağlı artıq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə müraciət edilib və cavab alınıb. "Bildirildi ki, bu məsələ hazırda istintaqı aparılan cinayət işlərinə əlavə olunaraq araşdırılacaq. Yaxın vaxtlarda Seyhun Mustafayevin ifadəsi də alınacaq”
 

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxsləri tərəfindən qanunsuz olaraq böyük məbləğdə vəsait ödəməyə məcbur edilmiş sahibkarlardan biri də bir müddət əvvəl Baş Prokurorluq yanında istintaq-əməliyyat qrupuna müraciət edib.
Təzyiqlərə məruz qalan bəzi sahibkarların hətta açıqlama və videogörüntüləri də yayımlanıb.

Belə sahibkarlardan biri Maqsud Mahmudov ondan MTN-in Antiterror Mərkəzində 250 min manat pul tələb edildiyini deyib. Sahibkar 600 min manat dəyəri olan obyektini 120 min manata sataraq canını qurtardığını deyib.

Sahibkar deyib ki, nazirlikdə həmin məbləği ödəməyəcəyi təqdirdə, onun barəsində cinayət işi başlanılacağı bildirilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar