Kayahandan xanımına qeyri-adi miras
12.04.2015 884 0
Bir neçə gün əvvəl ağır xəstəlik üzündən dünyasını dəyişmiş türkiyəli müğənni Kayahan həyat yoldaşı İpək Açara miras buraxmağı unutmayıb.
Türkiyənin “Milliyyət” qəzetinə istinadən verilən məlumata görə, müğənninin son 5 ildə bəstələdiyi və heç kimin eşitmədiyi mahnıları İ.Açar səsləndirəcək.
Müalicə alması səbəbindən son 5 ildə albom çıxara bilməyən Kayahan bu müddət ərzində xeyli sayda mahnı yazıb.
İ.Açar həmin mahnıları bu ilin payızında təqdim edəcək./trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər