Kataloniyada müstəqillik haqqında referendumun yekun nəticələri elan edilib
06.10.2017 797 0.0 0

 Kataloniya hökuməti oktyabrın 1-də keçirilmiş müstəqillik haqqında referendumun yekun nəticələrini elan edib.

"RİA Novosti"yə istinadən xəbər verilir ki, muxtariyyətin müstəqilliyinə iki milyondan artıq seçici səs verib. Bu da səsvermədə iştirak edənlərin ümumi sayının 90,18%-ni təşkil edir.

Səsvermədə 5,3 mln səsvermə hüququ olan seçicidən 2 286 217 nəfəri (43,03%) iştirak edib. Onlardan 2 milyon 44 min 38 nəfər (90,18%,) müstəqilliyin lehnə, 177 547 nəfəri isə əleyhinə (7,83% ) səs verib. 

Qeyd edək ki, səs verənlərin 1,98%-i qutuya boş bülleten atıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar