Kanada Tehranda səfirlik açmağa hazırlaşır
27.01.2016 682 0.0 0

Kanada hökuməti İrana qarşı sanksiyaları ləğv etməyə və Tehranda səfirlik açmağa hazırlaşır. "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Kanadanın Xarici işlər naziri Stefan Dion bildirib.

Onun sözlərinə görə, "sanksiyaların heç bir müsbət məqamı" yoxdur. "Biz sanksiyaları ləğv edəcəyik, ancaq İrana qarşı inamsızlıq davam edəcək. Tehran bizim müttəfiqimiz ola bilməz", - deyə kanadalı nazir vurğulayıb.

Qeyd edək ki, rəsmi Ottava Tehrana qarşı sanksiyaları 2010-cu ildə tətbiq etməyə başlayıb.

Xatırladaq ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramına dair yaydığı hesabatın ardınca Vyanada keçirilən birgə mətbuat konfransında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdığını elan edib.

ABŞ Prezidenti Barak Obamanın da İran üzərindən sanksiyaların götürülməsinə dair müvafiq sənədi imzalaması barədə xəbərlər yayılıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar