Kanada İrana qarşı sanksiyaları ləğv etməyə hazırdır
19.01.2016 475 0
Kanada hökuməti İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməyə hazırlaşır.
Məlumata görə, bu barədə CBC kanalı xəbər verib.
Bildirilir ki, ən uzağı 2016-ci ilin yayınadək sanksiyalar aradan qaldırılacaq.
Xatırladaq ki, iyulun 14-də Vyanada İran və “altılıq” ölkələri (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya) arasında İranın nüvə proqramına dair əldə olunmuş saziş oktyabrın 18-də qüvvəyə minib
ABŞ, Avropa İttifaqı və BMT tərəfindən rəsmi Tehrana qarşı tətbiq edilən sanksiyalar yanvarın 16-dan, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın saziş üzrə bütün tələbləri yerinə yetirməsi barədə hesabatın dərc olunduğu gündən ləğv edilib. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər