Kamran Həsənli barəsində cinayət işi açılıb - RƏSMİ
10.03.2016 622 0.0 0

Teleaparıcı Kamran Həsənli ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət daxil olub.


Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, K. Həsənli barəsində daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq Rayon Polis İdarəsinin istintaq şöbəsində davam etdirilir.
Qeyd edək ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar