Kamandan oxatmada italyanlar almanlara qarşı
21.06.2015 857 0.0 0
Yunan hava qüvvələrinin leytenantı Psarra rus rəqibinə üstün gəlib

Bazar günü qadınlar arasında fərdi yarışların 1/16 final mərhələsindəki çətin mübarizədən sonra İtaliyanın qızıl medalçıları almanlarla qarşılaşacaqlar.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Quendalina Satori bundan əvvəlki 1/32 final mərhələsində ən yüksək xal toplayan idmançılardan biri olan Elena Rixterlə (GER) qarşılaşacaq.

İtaliyanın digər təmsilçisi Elena Tonetta komanda yarışlarında bürünc medal qazanmış Veronika Marçenkoya (UKR) qarşı çətin keçən matçdan qalib ayrılıb. O, reytinq mərhələsində ən çox xal toplayan idmançı alman Liza Unruh ilə üzləşəcək.

Tonetta qələbəni sonuncu setdəki mükəmməl oyunu ilə əldə edib.

İlk bir neçə gündə təşviş içində idim. Lakin mübarizə meydanına ayaq basdığım andan özümü evdəki kimi yaxşı hiss edirəm. Bu gün mən özümü psixoloji və texniki cəhətdən yaxşı hiss edirəm və əsəblərim sakitdir.-Elena Tonetta

Qızıl medal qazanan İtaliyanın qadınlardan ibarət komandasının sonuncu üzvü - qarışıq komanda yarışlarında qızıl medal qazanmış Nataliya Valeyeva açılış matçında Gürcüstanlı Yuliya Lobjenidzeyə məğlub olaraq medal sayını artırmaq imkanını əldən verib.

Almaniyanın digər qadın oxatanı və yarışa qatılan idmançılar arasında ən yüksək reytinqə malik Karina Vinter əlavə cəhdlərlə Türkiyə oxatanı Beqhunan Ünsal üzərində qələbə qazanıb. Bundan sonra o, Nataliya Erdiniyeva (RUS) ilə qarşılaşacaq. 

Danimarkalı dünya çempionu Maya Yager Azərbaycanın yarışda qalan yeganə təmsilçisi Olqa Senyuka qalib gəlib və növbəti mərhələdə Fransalı Berengere Şuh ilə qarşılaşacaq.

Mən onun güclü olduğunu bilirəm. Mən də güclüyəm və onu məğlub edə bilərəm. Təsnifat mərhələsində ikinci olması o demək deyil ki, mən onun qələbə qazanmasına imkan verəcəyəm.-Berengere Şuh

Səhər yarışlarının sirli oyunçusu Yunanıstandan Ebageliya Psarra olub. Dörd dəfə Olimpiya Oyunlarında iştirak etmiş Psarra idmana qayıtmasından cəmi altı ay sonra reytinqdə 5-ci olan Kristina Timofeyeva (RUS) üzərində qələbə qazanıb.

"2012-ci il Olimpiya Oyunlarından sonra kamandan oxatmadan uzaqlaşmışdım. Mənim iki uşağım var və eyni zamanda işləyirəm," o, deyib. Psarra hazırda hava qüvvələrinin leytenantı olduğunu, işlə idmanı bir arada çatdırmağın çətin olduğunu bildirib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar