Kamal Dərviş: `Dünya borc böhranı astanasındadır`
22.12.2017 842 0.0 0

"İqtisadi artım demək olar ki, bütün ölkələrdə sürətlənib. Lakin bununla yanaşı, son böhranda 210% olan qlobal borcun ÜDM-ə nisbəti 250%-ə yüksəlib". Məlumata görə, bunu Dünya Bankının keçmiş vitse-prezidenti, Türkiyənin keçmiş iqtisadiyyat naziri Kamal Dərviş "Project Syndicate" qəzetindəki məqaləsində bildirib.

K.Dərviş qeyd edib ki, böhrandan sonra mərkəzi bankların bank sektorunda borc səviyyəsini azaltmaq səylərinə baxmayaraq, məcmu borc yükü artmağa davam edib. Bu səbəbdən qlobal iqtisadi artımın dayanıqlılığına inam şübhə yaradır.

K.Dərviş borc yükünün tərkibinə diqqət edilməsinin zərurətini vurğulayıb. Belə ki, əgər dövlətin borc yükü artırsa, vergi dərəcələrinin artırılması qaçılmazdır. Və ya, faiz dərəcəsi artırılır ki, köhnə borclar yeniləri ilə əvəz olunsun. Əgər borc xarici kreditorlara aiddirsə, bu zaman faiz riskinə valyuta məzənnəsi riski də əlavə olunur.

Bir çox ölkədə isə dövlət borcları xarici kreditorlar tərəfindən özəl sektor borcları ilə əvəzlənib. Nəticədə, ümumi borcun səviyyəsi dəyişməyib, əvəzində isə dayanıqlılığı təmin edilib.

K.Dərviş bildirib ki, hazırda qlobal borcun həcmi stabildir. Özəl sektorun borcu artsa da, idarə edilən səviyyədədir. Dövlət borcunun səviyyəsi isə ÜDM-lə müqayisədə yavaş templə artır. Yaxın perspektivdə dünyanı ciddi borc böhranı gözləmir, əksinə, iqtisadi artımın sürətlənməsi üçün bütün şərait yaradılıb. Lakin bununla yanaşı geosiyasi risklər mövcuddur. Bunlardan başlıcası Ş.Koreya problemi və bunun nəticəsində ABŞ-Çin gərginliyinin yaranma riskidir. Digər tərəfdən Yaxın Şərqdə qeyri-sabit vəziyyət davam edir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar