Kalsium pəhrizi ilə arıqla!
03.11.2015 831 0.0 0

Bu günə qədər sınaqdan keçirdiyiniz bütün pəhrizləri unudun. Çünki

Publika.az sizə ac qalmadan, sağlam şəkildə arıqladan kalsium pəhrizini təqdim edir:

Bu pəhrizin ən böyük fərqi həftədə, sadəcə, 2 gün saxlanılmasıdır. Digər pəhrizlərdən fərqli olaraq bunu həyat tərzinə çevirərək ömür boyu həftənin iki gününü kalsium pəhrizinə uyğun qidalanmaq olar. Məsələn, cümə və şənbə günlərini kalsium pəhrizinə ayıra bilərsiniz. Digər günlər isə sağlam qidalara üstünlük vermək şərti ilə istədiyiniz hər şeyi yeyə bilərsiniz.

Pəhrizə daxil edilən qidalar lif, karbohidrat və zülalla zəngin olduğu üçün ac qalmadan arıqlamağı təmin etməklə yanaşı, sağlamlığa da müsbət təsir göstərir.

Həkimlər bildirirlər ki, zülal və vegeterian pəhrizi də daxil olmaqla məlum olan pəhriz növlərinin çoxunun orqanizmə mənfi təsirləri var. Məsələn, həddən artıq zülal qəbul etdikdə damarlar tıxanır, vegeterian pəhriz isə diqqət pozğunluğu, yaddaşın zəifləməsi kimi hallara səbəb olur.

Bütün bunları nəzərə alaraq orqanizm üçün ən faydalısı kalsium pəhrizidir.

Gündə 1500 mikroqramı keçməmək şərtilə kalisum qəbul edilir.

Bu pəhrizi ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, şəkər və təzyiq xəstələri də saxlaya bilərlər. Ancaq 16 yaşı tamam olmamış uşaqlara və hamilə qadınlara tövsiyə edilmir. Çünki pəhriz B12 vitamini ilə zəngin qidalar ehtiva etmədiyindən uşağın və ana bətnindəki körpənin inkişafına mənfi təsir edə bilər.

2 günlük kalsium pəhrizi:

Birinci gün

Yuxudan oyanan kimi: yarım litr su için.

Səhər yeməyi: 250 qram yağsız südə 2 qaşıq yulaf, 2 ədəd qoz, 6-10 ədəd çiyələk əlavə edib yeyin.

Saat 11:00-11:30: yarım litr su için. 5 ədəd gavalı qurusu yeyin.

Günorta yeməyi: Pendirli salat, 1 stəkan təzə sıxılmış portağal və kivi şirəsi, 1 dilim çovdar çörəyi yeyin.

Saat 15:00: yarım litr su için və 10 ədəd fındıq yeyin

Saat 17:00: yarım litr su için. 200 qram yağsız qatıq ilə 4 ədəd qaysı yeyin.

Axşam yeməyi: 150 qram sobada bişmiş qızıl balıq, su tərəsi, 1 dilim çovdar çörəyi yeyin.

Yatmazdan 1 saat öncə: fasilə ilə yarım litr su və 200 ml yağsız süd için.

İkinci gün

Yuxudan oyanan kimi: yarım litr su için. 2 ədəd qoz, 15 ədəd gilas yeyin.

Səhər yeməyində: 100 qram yumşaq yağsız pendir və bol miqdarda göyərti yeyin.

Saat 11:00-11:30: yarım litr su için və yarım stəkan qarağat yeyin.

Günorta yeməyi: buxarda bişmiş tərəvəzlər yeyin. Nanəli, duzsuz, yağsız, evdə hazırlanan 400 ml ayran için.

Saat 15:00: yarım litr su için. Evdə hazırlanan meyvəli qatıq yeyin və ya yağsız süd için.

Saat 17:00: yarım litr su için. 1 ədəd alma yeyin.

Axşam yeməyi: yağsız pomidorlu darı pilovu (1 stəkan), 400 qram yağsız qatıq yeyin.

Yatmazdan 1 saat öncə: yarım litr su için və 1 ədəd alma yeyin./saglamolun/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar