Kafedə işləyən qadın müştəri tərəfindən döyülüb
24.12.2016 893 0.0 0

Axşam saatlarında Tovuz rayonunda kafedə düşən dava nəticəsində ofisiant işləyən qadın döyülüb.
 

Məlumata görə, dava polis idarəsi qarşısında fəaliyyət göstərən kafelərin birində hələ ki, bilinməyən səbəbdən baş verib
Dava zamanı kafedə ofisiant işləyən Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Quliyeva Turanə Mahir qızı kafenin müştərisi tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətlər alan qadın hadisə yerinə çağırılmış "təcili yardım" maşını ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən T.Quliyevanın vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Tovuz Rayon Polis şöbəsində araşdırma aparılır./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar