Kadırov: Mən Putinin sadiq piyadasıyam
06.09.2017 701 0
Çeçenistan Respublikasının prezidenti bəyan edib ki, Myanmadakı hadisələrlə bağlı onun çıxışını sosial şəbəkələrdə təhrif ediblər.
Məlumata görə, o bu barədə Telegram-da yazıb.
“Mənim sözlərimi təhrif ediblər, və bu məqsədyönlü şəkildə həyata keçirilib. Sonradan bu yalan altında bəzi jurnalistlər növbəti sui-qəsd nəzəriyyəsini qurmağa başlayıblar”, - Çeçenistan prezidenti qeyd edib.
Kadırovun sözlərinə əsasən, onun çıxışını eşidən hər kəs KİV-də yayılanların yalan olduğunu bilir:
“Mən əminəm ki, Rusiya heç vaxt əziyyət çəkən insanlara göstərilən köməyə mane olmayıb və olmayacaq”.
Sonda Kadırov Rusiya prezidenti Vladimir Putini dəstəklədiyini bildərərək, özünü onun sadiq piyadası adlandırıb./oxu.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər