Kadırov hicabsız qadınlardan danışdı: Onlar...
02.02.2018 1047 0
Bəzi qadınlar hicab geyinməsələr də, ciddilik, abır-həya, vicdanlılıq nümunəsidirlər.
Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov 1 fevral - Beynəlxalq Hicab Günü ilə əlaqədar deyib.
R.Kadırov hicabın müsəlmanlar üçün möminlik və ədəblilik rəmzi olduğunu bildirib: "Mənim ailəmdə bütün qadınlar hicab geyinir. Bu onların seçimi idi, heç kim onları məcbur etməyib".
Çeçenistan rəhbəri qeyd edib ki, bütün dinlərdə - İslamda, xristianlıqda, iudaizmdə qadının başını bağlaması bildirilir:
"Lakin mən elə qadınlar tanıyıram ki, hicab geyinməsələr də, ciddilik, abır-həya, vicdanlılıq nümunəsidirlər".
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər