Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Almaniyada eynicinsli nikahların qanuniləşməsini şərh edib.
Məlumata görə, Kadırov Almaniya bundestaqının (parlament) qəbul etdiyi qanuna qarşı çıxıb.
“Bu, Pompeyin son günüdür. Biz əminik ki, əksinə, ailə institutunun möhkəmləndirilməsinə cəhd etmək lazımdır. Ailənin alternativi yoxdur və heç vaxt olmayacaq”, - o yazıb.
Respublika başçısı qeyd edib ki, Çeçenistanda aparılan tədqiqatın nəticələri son illər ərzində ağır cinayətləri törətmiş insanların əksəriyyətinin qüsurlu ailələrdə böyüdüyünü ortaya çıxarıb.
Xatırladaq ki, iyunun 30-da Alman bundestaqı eynicinsli nikahlar haqqında qanunu qəbul edib. Qanunla qeyri-ənənəvi oriyentasiyaya mənsub insanların nikahlarının qeydə alınmasına və onların uşaqları övladlığa götürməsinə icazə verilir. Amma kansler Angela Merkel bu qanuna qarşı səs verib./Publika.az/